Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Neftçala rayon şöbəsinin təbliğat qrupunun üzvləri rayonun Boyat kəndində tədbir keçiriblər. SİA-nın verdiyi məlumata görə, “İlhamla İrəli” devizi altında keçirilən təbliğat-təşviqat görüşündə Milli Məclisin üzvü Arif Rəhimzadə və rayon seçiciləri iştirak ediblər.
YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov çıxış edərək bildirib ki, son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. “Hazırda Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”- bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir: “Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. İnanırıq ki, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə "İlhamla irəli" devizi altında 15 il ölkəmizə xidmət göstərmiş bu proqramın bundan sonra da davam etdirilməsi, dövlətimizin qüdrətinin və əzəmətinin artırılması məqsədilə seçicilərimiz bu proqramı dəstəkləyəcək, növbəti 7 ildə də onun uğurla həyata keçirilməsi və Azərbaycanın tərəqqisi naminə layiqli namizədə - İlham Əliyevə səs verəcəklər”.
Tədbirdə Milli Məclisin üzvü Arif Rəhimzadə, Rayon seçki qəragahının üzvü Əlihüseyn Hacıyev, kənd sakini Almirzə Səmədov dövlət başçısı cənab İlham Əliyevi dəstəklədiklərini və “İlhamla İrəli” şüarı ilə Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.
Bu gün eyni zamanda Neftçalada səhiyyə işçiləriylədə görüş keçirilib. Tibb işçiləriylə görüşdə YAP Neftçala Rayon Təşkilatının sədri Anar Cəfərov qeyd etdi ki, son dövrlər bütün sahələrdə olduğu kimi səhiyyə sahəsindədə böyük uğurlar əldə olunmusdur. 2003-2018-ci illər ərzində 635 tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir.Əminliklə qeyd olundu ki, bu sahədə fəaliyyət gösteren seçicilərdə yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə Milli Məclisin üzvü Arif Rəhimzadə, Rayon seçki qəragahının üzvü Telman Zahidov, həkim Aynur Cəfərova cənab Prezidentin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirdilərki, bu diqət və qayğının davamlı olması, bu sahənin daha da inkişaf etdirilməsi üçün 11 Apreldə yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər.
İqbal Mikayılov