Xalqımız xöşbəxt gələcəyə "HƏ" deyir

3 Aprel 2018 16:17 (UTC+04:00)

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonun Bığır kənd sakinləri ilə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov Prezidentimiz İlham Əliyevin 15 il ərzində gördüyü misilsiz işlərdən söz açdı və bildirdi ki, xalqımızın xöşbəxt , parlaq , işıqlı gələcəyinin təminatçısı Cənab İlham Əliyevdir.

Daha sonra cıxış edən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan sürətli inkişaf yolu keçdi, beynəlxalq mövqeyi möhkəmləndi, Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevə ümumxalq məhəbbətinin formalaşmasını təmin etdi. Əlbəttə, bu ümumxalq məhəbbətinin əsasında dayanan 3 başlıca amili xüsusi olaraq qeyd etmək lazımdır. Bunlardan birincisi, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsidir. İkincisi, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır.

Elman Nəsirov seçki öncəsi xarici ölkələrdə anti-Azərbaycan kampaniyası aparan bir qrup şəxs haqqında fikirlərni bölüşüb. Natiq qeyd edib ki, Azərbaycan inkişaf etdikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca ölkəmizin dostları da çoxalır, dəstəkçilərimiz də artır. Təbii olaraq belə vəziyyət dostlarımızı qəlbən sevindirir. Amma bununla yanaşı, Azərbaycanın uğurları bəzi dairələri qıcıqlandırır.Ölkəmizin əldə etdiyi nailiyyətləri həzm etməyi bacarmayan qüvvələr bütün vasitələrə əl ataraq anti Azərbaycan kampaniyalar təşkil edirlər. Ən müxtəlif bəhanələrlə Azərbaycandan qaçıb xaricə sığınan bəzi Vətən xainləri bu gerçəkləri ya görmür, ya da görmək istəmirlər. Vidadi İsgəndərli, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Arif Məmmədov, Qənimət Zahid, kimi antimilli ünsürlər sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya aparmaqdadırlar. Çox təəssüf ki bunlar arasında Vidadi İsgəndərli, Məhəmməd Mirzəli kimi göyçaylılarda var. Haminiz eşitmisiz ki ,Sosial şəbəkələrdə yayılmış xəbərlərdə hazırda Avropada yaşayan Vidadi İsgəndərlinin atasının məzarınıntəhqir olunduğu iddia edilib və bildirilib ki, rayonda bir qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc bir şəkildə təhqir edib və prosesi çəkərək, internetə yerləşdirilmişdir. Videogörüntüdə onun ünvanına söyüş və təhqir dolu ifadələr işlədilir, bunun Vidadi İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir. Məlumatdan xəbər tutan Vidadi İsgəndərlinin yaxın qohumları haqlı olaraq narahat olaraq qəbiristanlığa gedib və İsgəndər İsgəndərovun, habelə digər qohumlarının məzarlarını yoxlayıblar. Vidadi İsgəndərovun əmisi oğlu İmran İsgəndərov qəbirə heç bir müdaxilə edilmədiyini, hər hansı bir təhqiramiz hadisənin olmadığını bildirib.Siz də bu hadisənin yalan oldugunu təhqir olunan məzarin heç Vidadi İsgəndərlinin atasının məzarı olmadıgını yaxşı bilirsiz .Yəni bunlar xaricdə oturub öz çirkin niyyətlərinə nail olmaq ücün nəyə desəz əl atırlar lakin bu cür hərəkətlərlə hec nəyə nail ola bilməyəcəklər çünki Azərbaycan güclü dövlətdir Azərbaycanın mərd, üzaqgörən, pisi yaxsidan ayıra bilən xalqı , Cənab İlham Əliyev kimi güclü ,qüdrətli prezidenti var. hörmətli prezidentimiz İlham Əliyevin Azərbaycan dövlətçiliyinin işıqlı sabahında daha böyük uğurlar əldə edəcəyinə inanır, ona arxalanır və dəstəkləyirik.

Daha sonra çıxış edən millət vəkili Sabir Hacıyev dövlət başçımız cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətindən söz açdı. Natiq bildirdi ki, Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Bu bir daha təsdiqləyir ki, ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır. Ona görədə mən sizləri xalqimizin xoşbəxt gələcəyi üçün İlham Əliyevə səs verməyə çağırıram.

Daha sonra çıxış edən kənd sakinləri Vaqif Əliyev, Rəşad Feyzullayev, Həqiqət Əzizova, Məzahir Hacıyev və başqaları cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat verdilər. Bildiriblər ki, bütün Göyçaylılar cənab İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir və bunu 11 Apreldə İlham Əliyevə səs verməklə bir daha sübut edəcəklər.