Bu gün Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkisi ilə əlaqədar Salyan rayonuun Xələc kəndində seçicilərlə görüş keçirilib. Görüşdə ilk öncə Xələc kəndində anadan olmuş, aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rəşid Rövşən oğlu Mehdiyevin həmçinin aprel şəhidlərinin əziz xatirəsi yad edilib və döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan fəxrlə danışıblar.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov, YAP Salyan rayon təşkilatı icra aparatının rəhbəri Mirzə Mirzəyev, "Əməkdar müəllim" Yaqut Ələsgərova, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, İdarə Heyətinin üzvü Əbülfət Bədəlov və YAP üzvü Sahib Həsənov iştirak ediblər.
Çıxış edənlər bildirib ki, cənab İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan müdrik siyasətçidir və salyanlıların birmənalı olaraq dəyişməz seçimidir.
İqbal Mikayılov