Məktəbəqədər təhsilin kurikulumunun hazırlanması layihəsi müzakirə olunub

4 Noyabr 2010 23:44 (UTC+04:00)

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində Məktəbəqədər təhsilin kurikulumunun hazırlanması üçün ABŞ-dan dəvət olunmuş beynəlxalq məsləhətçi Sasan W.Naal ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüş Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində baş tutub.

Görüşdə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, LƏQ-in direktoru Elvin Rüstəmov, Kurikulum Mərkəzinin bir qrup əməkdaşı iştirak edib. Tədbirdə məktəbəqədər təhsilin durumu, mövcud proqramlar, didaktik materiallar ətrafında müzakirələr keçirilib.

Daha sonra tədbirdə məktəbəqədər təhsilin yeni kurikulumunun hazırlamaq məqsədi ilə Təhsil Naziri tərəfindən 30 nəfərdən ibarət yaradılmış işçi qrupunun işi haqqında məlumat verilib. İşçi qrupu tərəfindən işlənilmiş məktəbəqədər təhsilin kurikulumunun layihə variantı üzərində müzakirələr davam etdirilib. Tədbir iştirakçıları sənədin layihəsinin təkmilləşdiril məsi ilə bağlı fikir və mülahizələrini, rəy və təkliflərini bildiriblər.