YAP Şirvan şəhər təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Şirvan şəhər Leytenant İbrahimov küçəsi, 20 Yanvar və M.Ə.Rəsulzadə küçəsi ərazisində yaşayan seçicilərlə görüş keçiriblər. Görüşdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Samid Abiyev, sədrin müavini Paşa Nəbiyev və Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə bələdiyyəsinin sədri Samirə Abışova çıxış edərək YAP-ın namizədi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən geniş, hərtərəfli layihələrdən, insanların sosial problemlərinin həlli ilə bağlı verdiyi sərəncamlardan söhbət açaraq seçiciləri ölkəmizdə hələ 15 il bundan əvvəl başlanmış quruculuq və inkişafın davamlılığını təmin etmək üçün aprelin 11-də seçki məntəqələrinə gedib bu tərəqqinin banisi İlham Əliyevə səs verməyə çağırıblar.