İmişli rayonunda seçicilərlə görüş davam edir

3 Aprel 2018 13:47 (UTC+04:00)

İmişli rayonunda YAP-nın Prezidentliyə namizədi İlham Əliyevin təbliğat kompaniyası davam edir. Bu gün rayonun Göbəktala və Şahverdili kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev geniş və ətraflı çıxış edib. YAP rayon təşkilatının qərargah üzvü Dünyamalı Əliyev, Şura üzvü Həsən Hüseynov çıxış ediblər. Kənd ağsaqqallarından Hacı Telman və Üzeyir Ataşov, ziyalılar və gənclər kənd camatı adından çıxış edərək YAP–ın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan ediblər.