Qobustanlılar güclü Liderə səs verəcəklər

2 Aprel 2018 19:16 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi namizədliyi YAP tərəfindən irəli sürülən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində mədəniyyət işçiləri və Qobustan şəhər seçiciləri ilə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir və vətəndaşlarımız seçkilərdə fəal iştirak edirlər: "Son 15 ildə ölkəmiz yüksək inkişaf yolu keçib və ölkə başçısı Cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Qobustan rayonunda da böyük işlər görülüb. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlib və təbii ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir". Füzuli Gülaliyev, xüsusilə, vurğulayıb ki, biz həmişə haqqa - ədalətə önəm verən, xalqını - vətənini dərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan Liderə arxalanmışıq və belə bir insan, belə bir qətiyyətli rəhbər, belə bir müdrik siyasətçi, məhz Cənab İlham Əliyevdir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyyasının Riyaziyyat və Mexanika İnstitunun direktoru Misir Mərdanov bildirib ki, ötən 15 ildə Ulu Öndər Heydər Əliyev siyasətinin Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirib. Hər bir inkişafın iqtisadiyyat üzərində qurulduğunu önə çəkən dövlət başçısı İlham Əliyev yeni mərhələdə özəl sektorun təkmilləşməsini prioritet məsələ kimi müəyyənləşdirib. Misir Mərdanov qeyd edib ki, bu gün sıralarında 700 mindən artıq insanı birləşdirən Yeni Azərbaycan Partiyası ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə iqtidar partiyası və Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi özünün cəmiyyətdəki aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir və bu baxımdan seçicilərin Cənab İlham Əliyevə səs verməsi ən doğru seçimdir.

Təbliğat-təşviqat qrupunun üzvlərindən İmran Sabirov, Zaur Cəfərov və digərləri çıxış edərək ölkəmizin son illərdə qazandığı iqtisadi nailiyyətlərdən danışaraq, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu qeyd ediblər. Çıxışçılar, xüsusilə, vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir və biz əminik ki, partiyamız ötən seçkilərdə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərində də qələbə qazanacaq.

Görüşdə çıxış edən Qobustan şəhər sakinlərindən Təhmiraz Ağaquliyev, aşıq Abbas Güləliyev, təbliğatçılardan Gülağa Cəbrayılov və digərləri bildiriblər ki, ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında qürur və iftixar hisslərini formalaşdırır və bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsas verməsi inamımızı şərtləndirən

Çıxışçılar bəyan ediblər ki, Cənab İlham Əliyevə səs verməklə, müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, bütövlükdə, ölkəmizin inkişafına səs vermiş olacağıq.

İnam HACIYEV