Xaçmazlılar İlham Əliyevə səs verəcəklər!

2 Aprel 2018 18:56 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun tibb işçiləri ilə görüş keçirib.

Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq, Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan ətraflı danışıb. Təşkilat sədri bütün bu uğurların fonunda dövlət başçısı Cənab İlham Əliyevin yüksək etimad və etibara layiq olduğunu söyləyərək, seçiciləri prezident seçkilərində YAP-ın namizədi, milli maraqlarımızın təminatçısı, Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə Milli Məclisin deputatı Eldəniz Səlimov çıxış edərək Cənab İlham Əliyevin siyasi xəttinin əsasının, məhz dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunması, onun maraq və mənafeyinin qorunmasının olduğunu söyləyib. O, seçiciləri 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə tibb işçilərindən Səyyaf Tağıyev, Mahirə Kərimova, Saleh Pirəliyev, Orxan Şeydayev və başqaları çıxış edərək, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 15 il ərzində ölkəmizin misli görülməmiş qədər inkişaf etdiyini söyləyiblər. Qeyd olunub ki, dövlət başçısı Cənab İlham Əliyevin növbəti illərdə də Azərbaycana rəhbərlik etməsi ilə inkişaf və tərəqqimiz daha da artacaq, ölkəmiz daha yüksək qələbələrə imza atacaqdır. Çıxış edənlər seçiciləri növbəti prezident seçkilərinə gedərək, yekdilliklə Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.

Nəzakət ƏLƏDDİNQIZI