İlham Əliyev mustəqil Azərbaycanı tərəqqiyə aparan liderdir!

2 Aprel 2018 18:53 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri dünən seçicilərlə növbəti görüşü Ucar rayonunda mədəniyyət işçiləri ilə olmuşdur.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin iştirak etdiyi və ya həyata keçirdiyi layihələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünəinam hissini yüksəldir. Şəhla Abdullayeva qeyd etdi ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd Cənab İlham Əliyevə səs verəcək.

Təbliğat qrupunun üzvüləri Milli Məclisin deputatı Vüsal Hüseynov, Fuad İsraflov və Rahib Rəsulov çıxış edərək vurğulayıblar ki, Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycan dünyasının ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Təbliğat qrupun üzvüləri bu uğurların davamlı olması üçün ucarlı seçiciləri 11 apreldə Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Alı Babayev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev maneələrə və təsirlərə baxmayaraq, həmişə inamla və qətiyyətlə hədəfinə doğru gedir. Bu hədəf Azərbaycan xalqının və dövlətinin milli maraqlarının ən yüksək səviyyədə qorunmasından, dəqiq müəyyənləşdirilmiş məqsədlərə və hədəflərə çatılmasından ibarətdir. Alı Babayev, seçkilərdə Cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan etdi.

Rövşən