Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində İsmayıllı şəhərində gənclərlə, o cümlədən, rayonun Kürdmaşı və Hacıhətəmli kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin sədri Sevil Əhmədova çıxış edərək qeyd edib ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.
S.Əhmədova qeyd edib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının istiqamətlərinin müəyyənləşdirilməsində elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanması mühüm önəm daşıyır. Bu zaman milli iqtisadiyyatın müxtəlif sahələrinin və ayrı-ayrı regionların davamlı inkişafına dair elmi tədqiqatların aparılmasına, həyata keçirilən araşdırmaların koordinasiya edilməsinə, kadr hazırlığına xüsusi diqqət yetirilir.
Tədbirdə Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək bildirib ki, Azərbaycanda əhalinin rifahının yaxşılaqşdırılması istiqamətində ölkəmizdə genişmiqyaslı sosial siyasət aparılır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkəmizdə görülən işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır. Əhalinin sosial baxımından, aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Millət vəkili seçiciləri 11 aprel prezident seçkilərində fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Tədbirdə Kürdmaşı kənd sakinləri Arif Qənbərov, Rüstəm Nəbiyev, Varis Cəbiyev, Dürdanə Əliyeva, Hacıhətəmli kənd sakinləri Feyruz Mehdiyev, İldırım Məsimov, Şahmalı Salmanov və başqaları çıxış edərək, bildiriblər ki, ismayıllılır Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı Cənab İlham Əliyevin siyasi dəst-xəttini ürəkdən bəyənirlər və aprelin 11-də yekdilliklə Cənab İlham Əliyevə səs verəcəklər.