Neft bahalaşıb

3 Aprel 2018 09:20 (UTC+04:00)

Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,22% artaraq 63,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,25% artaraq 67,81 dollar təşkil edib.