Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində təhsil işçiləri ilə görüş keçirib.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsinin və rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizin dinamik inkişafından, Azərbaycanın son 15 illik sosial-iqtisadi inkişafındakı uğurlarından danışıb. O, görülən hər bir işin Azərbaycanın işıqlı gələcəyi, onun vətəndaşı üçün olduğunu diqqətə çatdırıb. Rayon təşkilatı sədri 11 aprel tarixində hər bir şabranlı seçicini ölkəmizin gələcək inkişafı naminə Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə millət vəkili, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu çıxış edərək Azərbaycanın müstəqil dövlət kimi dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafının Ulu Öndər Heydər Əliyevin məqsədli fəaliyyəti nəticəsində, reallaşdığını qeyd etdi. Bildirib ki, Ümummilli Liderin uğurlu siyasətini layiqli şəkildə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son on beş illik dövrdəki fəaliyyəti ölkəmizin yeni inkişaf dövrü yaşamasına səbəb olub: "Paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı da maksimum diqqətdə saxlanır. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan ölkəmiz uğurları ilə tarixə düşür". O, çıxışının sonunda şabranlı seçiciləri Cənab İlham Əliyevin ideyaları ətrafında sıx birləşməyə çağırdı.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tahir Süleymanov 15 il ərizində müxtəlif sahələrdə görülən işlərin Azərbaycanın görkəmini nəzərəçarpacaq dərəcədə dəyişdiyini bildirdi. Seçiciləri 11 apreldə düzgün seçim edərək, Cənab İlham Əliyevə səs verməyə səslədi.
Nəzakət ƏLƏDDİNQIZI