Şamaxı rayonunda Yeni Azərbaycan Partiyasının tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mədrəsə və Kərkənc kəndlərində keçirilən tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin üzvləri H.Şıxıyev, A.Bayramov, S.Fətəliyev, Ş.Hüseynov, F.Quliyeva, T.Yusifova, N.Rzazadə və partiyanın rayon təşkilatının sədri Bəxtiyar Abbasov çıxış ediblər.
Görüşlərdə qeyd olunub ki, yüksək beynəlxalq nüfuza və özünəməxsus inkişaf modelinə malik olan Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri öncəsi ictimai-siyasi vəziyyət sabitdir. Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir, hər bir namizədə bərabər şərait yaradılıb, siyasi mübarizə üçün rəqabət mühiti mövcuddur və bütün bunlar seçkilərin demokratik, şəffaf və ədalətli keçəcəyini deməyə əminlik yaradır. Ümumiyyətlə, təxminən 27 illik müstəqillik tarixinə malik olan Azərbaycanın zəngin və mütərəqqi seçki təcrübəsi mövcuddur və bu vaxta qədər ölkəmizə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri ədalətli, şəffaf və demokratik şəraitdə baş tutub və beynəlxalq miqyasda təqdirlə qarşılanıb. Hazırkı reallıqlar, yəni mövcud şərait məhz aprelin 11-də keçiriləcək prezident seçkilərinin də demokratik standartlara uyğun baş tutacağını – Azərbaycanın demokratik ənənələrə sadiq qalacağını söyləməyə əsas verir.
Görüşlər zamanı ölkəmizdə seçkiöncəsi şəraiti səciyyələndirən ən mühüm amillərdən birinin məhz ictimai-siyasi sabitlik olduğu vurğulanıb və Cənab İlham Əliyevin 2003-cü ildən indiyə qədər ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabitlik adası kimi səciyyələndirilib. Bu gün Azərbaycanı bir çox ölkələrdən fərqləndirən xüsusiyyət məhz ictimai-siyasi sabitlikdir və bu sabitliyi şərtləndirən amil isə cənab İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsidir. Azərbaycanda həyata keçirilən daxili siyasət məhz sosialyönümlü olması ilə fərqlənir və ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır. Ölkəmizdə bütün sosial layihələr uğurla icra olunur, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xarici siyasət sahəsinə gəldikdə isə, uğurlu və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir, ölkəmiz regionda sabitləşdirici amil kimi çıxış edir. Bütün bu nailiyyətlər isə Azərbaycanda ictimai-siyasi sabitliyi şərtləndirir və bu nailiyyətlər cənab İlham Əliyevin rəhbərliyi, səy və bacarığı sayəsində əldə edilib. Məhz bu nailiyyətlərin davamlı olması, gələcəkdə də ictimai-siyasi sabitliyi qoruyub saxlamaq və davam etdirmək üçün Şamaxı seçiciləri cənab İlham Əliyevə səs vermək qərarındadır.
Tədbirlərdə Mədrəsə Və Kərkənc kənd sakinlərindən Mahmud Orucov,Xoca Murad Mustafayev və Davud Ziyayev çıxış edərək cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qeyd edərək, seçiciləri 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar.
İnam HACIYEV