Taksi sürücüsü departament işçisi ilə mübahisədən sonra dünyasını dəyişib
5 Noyabr 2010 00:24 (UTC+04:00)
Bu gün Bakıda Nəqliyyat Nazirliyinin Departament işçisi ilə bir taksi sürücüsünün arasında düşən mübahisə ölümlə nəticələnib. SİA-nın məlumatına görə, Hadisə Nərimanov rayonunda "Yaşıl bazar"ın qarşısında baş verib. 59 yaşlı taksi sürücüsü Böyükağa Ağalar oğlu Həsənov Nəqliyyat Departamentinin işçisi Faiq Abbasəliyevlə mübahisədən sonra dünyasını dəyişib. Nəqliyyat Nazirlyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə SİA-ya verdiyi məlumatda bildirib ki, hadisə dava zamanı baş verməyib. N. Həsənov hadisənin dava zamanı baş verməsi ilə bağlı məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını bildirib: "Hadisəni hüquq-mühafizə orqanı əməkdaşları araşdıracaq. Ancaq departament işçisinin dediklərinə görə, taksi sürücüsu ondan qanuni fəaliyyət barədə sual verib. Ola bilsin aralarında nəsə mübahisə baş verib. Ancaq əlimizdə olan məlumatlara görə, həmin müfəttiş əraziyə qayıtdıqda həmin taksi sürücüsünün yerdə cansız şəkildə uzandığını görüb. Daha sonra hüquq mühafizə və təcili tibbi yardıma müraciət olunub. Ailəsindən verilən məlumatda bildirilib ki, həyatını itirən şəxs bu yaxınlarda infakt keçirib. Bu məsələ ilə hüquq mühafizə orqanları tərəfindən araşdılır.