YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində rayonun Rustov, Şuduq inzibati ərazi dairələrində seçicilərlə görüşlər keçirmişdir.
Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi və rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək bildirib ki, böyük uğurlarla zəngin olan son 15 il ərzində əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi prinsiplərə əsaslanan çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyası inamla davam etdirilmiş, müstəqil Azərbaycan bütün həyati əhəmiyyətli sahələrdə dinamik tərəqqi yolu keçmişdir. Hələ 2003-cü ilin prezident seçkilərində xalqımızın mütləq əksəriyyətinin etimadını qazanaraq, dövlət başçısı seçilmiş Cənab İlham Əliyev respublikamızın yeni dövr prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları reallaşdırmaqla dərin ictimai rəğbət qazanmış, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Rayon təşkilat sədri bütün seçiciləri partiyanın namizədi Cənab İlham Əliyev səs verməyə çağırıb.
Görüşlərdə rayon aqsaqallar şurasının sədri Həsən Günəşli, rayon təbliğat qrupunu üzvü Kamran Əhmədov çıxış edərək qeyd ediblər ki, Ümummilli Liderimiz Heydər Əliyevin xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində, ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il müddətində həyata keçirilən dövlət proqramları, islahatlar uğurlu nəticəsini vermişdir. Çıxış edənlər Azərbaycanın daha da inkişafı üçün seçiciləri Cənab İlham Əliyev səs verməyə çağırıblar.
Daha sonra çıxış edən seçicilər 11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI