YAP-ın təbliğatçı qrupunun növbəti görüş yeri GÖYÇAY rayonu

2 Aprel 2018 15:54 (UTC+04:00)

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir. SİA-nın verdiyi məlumata görə, kampaniya çərçivəsində növbəti görüş rayonun Çaxırlı kənd sakinləri ilə keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov bildirdi ki, Azərbaycan xalqının hazırda kifayət qədər populyar, işgüzar, praqmatik, to­lerant bir lideri – İlham Əliyev var və ölkəmizin ikinci liderə qətiyyən ehtiyacı yoxdur. Sahib Şükürov qeyd etdi ki, YAP-ın liderini – Prezidentimizi butun Azər­baycan xalqı sevir və ona inanır, güvənir. Natiq hamını bir nəfər kimi pre­zi­den­timizi dəstəkləməyə və ona olan sevgi və məhəbbətimizı aprelin 11-də təsdiq­lə­mə­yə dəvət etdi!

Daha sonra cıxış edən Milli Məclisin deputatı Elman Nəsirov, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsindən, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlməsindən, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişdiyindən danışdı. Bildirdi ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz günü-gündən inkişaf edir. Seçicilərimiz də məhz bu inkişafa, sabitliyə səs verməklə, növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər.

E.Nəsirov seçiciləri 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi cənab İlham Əliyevə səs verməyə səsləyib.

Daha sonra çixış edənlər Millət Vəkili Sabir Hacıyev, kənd sakinləri Rahib Mehdiyev, Günel Məhərrəmova , Leyla Hacıyeva, Vüqar Bayramov, Şəhla Bəhdəmirova və başqaları cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat verdilər. Bildiriblər ki, bütün göyçaylılar cənab İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir, müdrik şəxsiyyətin yenidən Prezident seçilməsinə yekdilliklə qərar veriblər.