Balakənlilər işıqlı sabaha "HƏ" deyir

2 Aprel 2018 14:56 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının Seçki Qərargahı təşviqatın ikinci mərhələsində 01aprel 2018-ci il rayonda keçirilən on minlərlə seçicinin iştirak etdiyi ümumirayon tədbirindən sonra rayonun ən iri yaşayış məntəqəsi olan 4 mindən çox seçicini özündə birləşdirən Katex kənd seçiciləri ilə görüşə gəldilər. Görüşü Yeni Azərbaycan Partiyası Balakən rayon Seçki Qərargahının sədri Azad Balayev giriş sözü ilə açaraq 2003-2018-ci illərdə Azərbaycan prezidentə cənab İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, həyəta keçirilən qlobal layihələrdən, regionların sosial-iqtisadi inkişafından geniş söhbət açıb.

Tədbirdə Katex kənd ziyalıları adından Seyfullah Kərimov seçicilərə müraciətlə çixiş etdi. Kənd seçiciləri adından İlham Ardayev, Nəcməddin Ammayev rayon Seçki Qərargahının üzvlərini əmin ediblər ki, seçkilərdə hamı bir nəfər kimi iştirak edəcək, 11 aprel günü Balakən seçiciləri üçün bayrama çevriləcək. Katex kənd müəllimləri adından “Tərəqqi medallı” müəllimə Nəzakət Əsgərova, ilk dəfə səs verən Mərziyyət Əhmədova, kənddə yaşayan azsaylı xalqlar adından çıxış edən Günay Məmmədova 11 apreldə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

Görüşdə Milli Məclisin üzvləri 109 saylı Balakən DSK-dan və 111 saylı Zaqatala-Balakən DSK-dan olan deputatlar Nəsib Məhəməliyev və Kamilə Əliyeva iştirak və çıxış ediblər.