Kürdəmirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

2 Aprel 2018 10:46 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat–təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Şıxımlı, Şahbəyli, Qarasaqqal kəndlərində və rayonun Telekommunikasiya Qovşağında çalışan əməkdaşlarla keçirilib. Görüşlərdə Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri iştirak ediblər.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır. Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb. İlk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Bütün bu və digər uğurlara görə, xalqımız mövcud inikişafın davamlı olmasını istəyərək 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcəklər. Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı cənab İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürür mənbəyidir. Bütün bunlara rəğmən demək olar ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev kürdəmirlilər üçün alternativsiz namizəddir.

Təbliğat-təşviqat qrupunun üzvlərindən Yaqut Əşrəfova, Valeh Qaraşov çıxış edərək bildirdilər ki, cənab İlham Əliyev 15 illik fəaliyyəti dövründə hamıya göstərdi ki, dövlətini, millətini xalqını çox sevir. Bu müddətdə ölkəmizin siması bütünlüklə dəyişilib, insanların həyatı yaxşılaşıb. Çıxış edənlər Prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirdilər. Geridə qoyduğumuz 15 ili ötəri nəzərdən keçirmək belə kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini önümüzdəki illərdə də partiyamızın Sədri cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək. Biz əminik ki, bu nailiyyətlər silsiləsində növbəti mərhələ, qarşıdan gələn Prezident seçkiləridir. Kürdəmir seçiciləri aprelin 11-də əminliklə cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Seçicilərdən Hacı Bahadur Paşayev, Rüfət Qurbanov, Qardaş Nadirov, Əfqan Səfərov çıxış edərək vurğulayıblar ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yaşayış səviyyəsinin yaxşılaşmasını həm öz həyatımızda, həm də bütünlüklə ölkədə, rayonumuzda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik. Respublikamız, o cümlədən rayonumuz hər gün daha da inkişaf edir. Bütün bu görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, hər bir Azərbaycanlının taleyini düşünən Cənab İlham Əliyevə yekdilliklə səs verəcəyik.