215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək

1 Aprel 2018 16:21 (UTC+04:00)

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 125 seçki dairəsi üzrə 5 min 426 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Beləliklə, ümumilikdə prezident seçkilərində seçicilər 5 min 641 seçki məntəqəsində səs verəcək.