Aleksandr Rar: “Dünya birliyinin səyləri Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonu qorumağa xidmət edir” - MÖVQE

3 Noyabr 2010 18:11 (UTC+04:00)

"ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı istənilən böyük nailiyyətə yalnız ümid edilə bilər". SİA-nın verdiyi məlumata görə, bu sözləri Almaniya Federativ Respublikasının xarici siyasət üzrə "Rusiya-Avrasiya" Mərkəzinin direktoru Aleksandr Rar deyib. O, xəbər agentliyinə açıqlamasında Astana sammitində Qarabağ münaqişəsini həll etmək üçün tərəflərə deklarativ bəyanatla müraciət olunacağını ehtimal etdiyini bildirib.

 

Həştərxanda Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli görüşündə sülh danışıqlarının davamı ilə bağlı tərəflərin üzərinə götürdüyü öhdəliklərin mühüm əhəmiyyət kəsb etdiyini deyən alman diplomat təəssüf etdiyini bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı güzəştlərə hazır deyildirlər. O, dünya birliyinin səylərinin Qarabağ konflikti zonasında status-kvonu qorumağa xidmət etdiyini dilə gətirib.

 

Xəbərə görə, A.Rar yeganə yolun Dağlıq Qarabağa müstəqillik vermək olduğunu söyləyib: "Hal-hazırda tərəflər heç bir güzəştə getməyən bir mövqe sərgiləyirlər. Problemin tənzimlənməsi üçün onların mövqelərinin dəyişəcəyini proqnozlaşdırmaq çətindir".