“Milli Şuranın 31 mart mitinqi də digərlərindən fərqlənməyəcək”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
“Bunların heç olmasa bircə dəfə Azərbaycanın çox önəmli xatirə günləri olan 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart Soyqırımı ilə bağlı hansısa tədbir keçirdiyini gördünüzmü? Adicə bir dəyirmi masa, iclas belə keçirmirlər. Ona görə də bu adamların hakimiyyətə qarşı mitinqi bu günə salması təəccüblü deyil. Yəni bunlar üçün 31 mart da adi günlərdən biridir. Çünki özlərini bu millətdən o qədər uzaqlaşdırıblar ki, artıq belə günlərimizi də adi qaydada, hətta hakimiyyətə etiraz üçün yola verirlər”-deyə, A.Həsrət fikirlərini tamamlayıb.