İranın xarici işlər naziri Gürcüstana səfər edəcək
3 Noyabr 2010 08:54 (UTC+04:00)
İran İslam Respublikasının xarici işlər naziri Manuçöhr Möttəki noyabrın 3-də Gürcüstan Respublikasına səfər edəcəkdir. SİA-nın məlumatına görə, Gürcüstanlı həmkarı və digər rəsmi şəxslərlə keçiriləcək görüşlərdə regional təhlükəsizlik və İran-Gürcüstan münasibətlərinin inkişaf perspektivlərinin müzakirə ediləcəyi bildirilir.