İmişli rayonunda seçicilərlə görüş davam edir

30 Mart 2018 21:00 (UTC+04:00)

İmişli rayonunda YAP-nın Prezidentliyə namizədi İlham Əliyevin təbliğat kompaniyası davam edir. Rayonun Aranlı, Qızılkənd, Mirzəli, Xubyarlı, Çaxırlı və Qaradonlu, Cahar, Gövhərli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev geniş və ətraflı çıxış edib. Milli Məclisin deputatı Əsabil Qasımov, YAP Seçki qərargahının üzvləri Adəm Səfərov və Teymur Qarayev çıxış ediblər.

Kənd ağsaqqalları, ziyalılar və gənclər kənd seçiciləri adından çıxış edərək YAP-nın namizədi cənab İlham Əliyevə yekdilliklə səs vercəklərini bəyan ediblər.