Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində səhiyyə işçiləri ilə görüşü keçirilib. Tədbirdə 330-dək seçici iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon şöbəsinin sədri Vüqar Seyidov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən və sürətli iqtisadi inkişafa nail olmasından danışıb.
Rayon şöbəsinin sədri bütün bu uğur və nailiyyətlərin Cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən 12 saylı BŞX-nın baş həkimi Bəhlul Məmmədov, Milli Məclisin üzvləri Sevinc Fətəliyeva, Ağacan Abıyev və səhiyyə işçiləri Tünzalə Süleymanova, Şərqiyyə İsmayılova, Şəfa Yusubova bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı, əhalinin sosial-rifah halının yaxşılaşdırılması naminə apardığı məqsədyönlü fəaliyyəti hamımızın gözü qarşısındadır: "Tikilən yeni məktəblər, səhiyyə ocaqları və müasir görünüşlü inzibati binalar ölkəmizin simasını dəyişir. Biz ölkəmizin dinamik inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran Cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini Onun ətrafında sıx birləşməyə çağırırıq. Görüşdə seçicilər adından çıxış edənlər seçki günü fəal şəkildə məntəqələrə gedərək, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
ZÜMRÜD