Siyasi şərhçi: “Sosial şəbəkələri qanuniləşdirmək lazımdır" MÜNASİBƏT

31 Mart 2018 10:43 (UTC+04:00)

“Ümumiyyətlə sosial şəbəkələrdən istifadə bütün dünyada mövcuddur. Hesab edirəm ki, bunu müəyyən mənada qanuniləşdirmək lazımdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdən təkcə “facebook”dan deyil, vaxtilə “odnoklasnik” və “kontakt”dan da istifadə edərək Suriyada vuruşmalara cəlb edilirdi: “Təbii ki, bunun qarşısı müəyyən qədər anıldı. “Facebook”dan müxtəlif istiqamətlərdə istifadə olunur. Bu gün də görürsünüz ki, bu istiqamətdə mühüm məsələlərin həllində hətta tez-tez təkrarlayırlar ki, “Ərəb baharı”nı “facebook” vasitəsilə yaradıblar. Təbii ki, bunların hamısını qanuniləşdirmək lazımdır. Düşünürəm ki, artıq vaxtı çatıb ki, “facebook” və digər sosial şəbəkələrin Azərbaycanda nümayəndəliyinin açılması məsələsinə baxmaq lazımdır. Eləcə də hüquqi müstəvidə sosial şəbəkədə normal statusların yazılmasını, öz profillərinin açılmasını və s. qanuniləşdirmək lazımdır. Əks halda bu proses davam edəcək”.