“Azərreyl” beynəlxalq turnirə qələbə ilə başlayıb

3 Noyabr 2010 07:16 (UTC+04:00)

Noyabrın 2-də Bakı İdman Sarayında voleybol üzrə qadınlar arasında beynəlxalq turnir çərçivəsində növbəti qarşılaşma keçirilib.

SİA-nın məlumatına görə, Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşan Bakının "Azərreyl" komandası rəqibinə qalib gəlib – 3:0 (25:11, 25:18, 25:21).