Xaçmazlı gənclərin seçimi İlham Əliyevdir

30 Mart 2018 19:51 (UTC+04:00)

Yeni Azrəbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsi YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon gəncləri ilə görüş keçirib.

Görüşü YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov açaraq, bildirib ki, ümumxalq səsverməsində siyasi iradəsini nümayiş etdirmək hər bir gəncin həyatında tarixi hadisədir. O, gəncləri seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai sabitliyin davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən gənc seçicilər Ülkər Lətifova, Rəhman Ağayev, Gülnar İsayeva, Aygün Osmanova və başqaları Möhtərəm Prezidentimiz ətrafında sıx birləşdiklərini qeyd ediblər. Cənab İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdən bugünədək həyata keçirdiyi dövlət-gənclər siyasətinə diqqət yetirərək, onlar üçün ölkə daxilində yaradılan imkanları vurğuladılar. Ümumxalq namizədi Cənab İlham Əliyevin prezidentliyə namizədliyinin Azərbaycan gəncləri tərəfindən yekdilliklə dəstəkləndiyi bildirdilər və xaçmazlı gənclərə "İLHAMLA İRƏLİ!" səslənərək, 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsinə çağırdılar.

NƏZAKƏT ƏLƏDDİNQIZI