Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

31 Mart 2018 09:37 (UTC+04:00)

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Hərəkətdə olan “VAZ2104” markalı avtomoiblin başqa bir maşınla toqquşması nəticəsində “VAZ”-ın sürücüsü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı, 60 yaşlı Lİba Niftəliyeva isə xəstəxanaya çatdırılanda yolda ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma parılır.