Mahmud Abbas Fələstində matəm elan edib

31 Mart 2018 01:17 (UTC+04:00)

Fələstin prezidenti Mahmud Abbas ölkədə matəm elan edib. Trend-in məlumatına görə, matəm Qəzza zolağı və İsrail sərhəddindəki toqquşmalarda fələstinlilərin həlak olması ilə əlaqədar elan edilib.Toqquşmalar zamanı 12 fələstinlinin öldürüldüyü, 1100 nəfərə yaxının isə yaralandığı bildirilir.