PSJ-ni Tomas Tuhel çalışdıracaq?

30 Mart 2018 21:28 (UTC+04:00)

PSJ-ni növbəti mövsümdən Tomas Tuhel çalışdıra bilər. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Unai Emerinin işindən narazı olan klub rəhbərliyinin almaniyalı mütəxəssislə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, Tuhelin son klubu Dortmund “Borussiya”sı olub.