YAP-ın təbliğat qrupu Şabranın iki kəndində olub

30 Mart 2018 18:35 (UTC+04:00)

Bu gün 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri üzrə YAP-ın Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsində yaradılmış təbliğat qrupu rayonun Çayqaraqaşlı və Rəhimli kəndində seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, təbliğat tədbirində YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təbliğat qrupun üzvləri YAP Şabran rayon təşkilatının Şura üzvüləri Tofiq Əmrahov və Əmircan Ocağov iştirak ediblər.