“Azərbaycan kinosu afişalarda” adlı sərgi açılacaq

31 Mart 2018 15:35 (UTC+04:00)

Aprelin 3-də Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılacaq. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgi çərçivəsində milli kinomuzun yaranma tarixindən bu günədək ekranlaşdırılmış filmlərin fotoları nümayiş ediləcək.