Almaniyada yaşayan azərbaycanlı Seyran İsmayılxanov Bakiya gələrək Eurovision musiqi yarışmasında iştirak etmək üçün seçimlərə qatılacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, hazırda o, Bakıdadır və seçim turlarında iştirak edəcək.
Məlumat üçün bildirək ki, Seyran Bakı şəhərində musiqiçi ailəsində dünyaya gəlib. 1999-cu ildə Azərbaycanda keçirilən "Bakı Payızı" müsabiqəsinin iştirakçısı olub. 2001-ci ildə Moskvada Gnesena Musiqi Akademiyasında təhsilini davam etdirməyə başlayıb. 2002-ci ildə Seyranın "Uletau" adlı sinqlındakı mahnıları Moskvanın bir cox radio və kanallarında yayınlanıb.
2005-ci ildə yaradıcılıq təklifləri alan Seyran Almaniyaya gedib. Kölndə yaşayan məşhur pianist Norman Kunz ilə birlikdə "Different Joy" adlı Jazz-Pop-Rock musiqi qrupunu yaradib. Seyran bir neçə dildə mahnı yazır və oxuyur. Çünki Azərbaycan, rus, ingilis, alman dillərini mükəmməl bilir.
Seyran bu günə qədər müxtəlif ölkələrdə keçirilən musiqi yarışmalarında iştirak edib. Bu yarışmalardan biri Rusiyanin "5 Ulduz Intervision" canlı səs yarışmasıdır. Daha sonra oktyabr ayında türk xalqlari arasında (TRT) keçirilən "Çolpan Yıldızı" musiqi yarışmasında Azərbaycan xalq mahnısı və rəqsi ilə çıxış edib. Bu il sentyabrın 20-dən onun "Waiting for your call" (Gözləyirəm zəngini) adlı diski bir cox TV və radio efirlərində yayınlanır.
Gələn ilin fevralında Seyran İsmayılxanov Şimali Kiprdə keçiriləcək "Golden MELODY" adlı yarışmada Azərbaycanı təmsil edəcək.