Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsi Mosul, Danaçı və Aşağı Çardaxlar kənd secicilərilə görüş keçirib. Görüşdə 700-ə yaxın seçici iştirak edib.
Görüşlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsinin sədri Habil Qurbanov bildirib ki, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf, bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətini artırıb. Ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunub, milli maraqlarımız qorunub, mürəkkəb tarixi bir mərhələdə Azərbaycanın sabitlik adası kimi beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə nail olunub. Rayon şöbəsinin sədri bu siyasətin davamlı olması və ölkəmizin daha böyük nailiyyətlərə imza atması üçün seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Rayon şöbəsinin təbliğat qrupunun üzvləri Ədalət Novruzova, Gülnigar Məmmədova, Kəmalə Əhmədova, Xanım İsayeva, Namidə Süleymanova və başqaları çıxış edərək, bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı uğurlu nailiyyətlər qazanılıb. Əldə olunan uğurlara rəğmən, 11 aprel seçkilərində Azərbaycan xalqı öz seçimini müəyyənləşdirəcək, xalqının alternativsiz lideri Cənab İlham Əliyevi səs verəcək.
Mosul, Danaçı və Aşağı Çardaxlar kənd ağsaqqalı və ziyalılar seçiciləri adından çıxış edərək, bildiriblər ki, biz artıq seçimimizi etmişik, hamılıqla namizədimiz olan Cənab İlham Əliyevə səs verərək, gələcək inkişafımızı və əmin-amanlığımızı təmin edəcəyik.
ZÜMRÜD