Aybəniz Haşımova illər öncə FOTOLAR

30 Mart 2018 16:06 (UTC+04:00)

Əməkdar artist Aybəniz Haşımova arxivini üzə çıxarıb. SİA-nın məlumatına görə, ifaçı illər öncə çəkilmiş fotolarını "İnstagram" səhifəsində paylaşıb. O, uşaqlıq gənclik illərini xatırlayaraq, vəfat etmiş atası haqda yazıb: “Burada 15 yaşım var, xoşbəxt illərim, atalı günlərim. Başım ağrıyan kimi qaçıb Bakıya yanıma gəlirdi ki, görsün mənə nə olub. İnternatda qalırdım, qızlardan biri suçiçəyi tutmuşdu. Mənə də keçirdi. Atam gecəylə eşidib yanıma gəldi. Səhər gedib yeni çıxan meyvələrdən alıb gətirib, pəncərədən mənə yedizdirirdi. Kaş atam sağ olaydı, mən də uşaq qalaydım, heç böyüməyəydim. Onun dizlərini qucaqlayıb, “Ay ata, məni heç yerə buraxıb getmə” deyib ağlayardım. Təəssüf ki, böyüdüm. Nə o qızdan, nə də atamdan əsər qalmadı”.