İngilis futbolunda 80 ildən sonra bir ilk

30 Mart 2018 04:05 (UTC+04:00)

Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək hakimlərin siyahısı açıqlanıb. FİFA-nın saytında yer alan xəbərə görə, ali futbol qurumu mundialın oyunlarını 36 əsas və 63 köməkçi hakimə həvalə edib.

Maraqlı məqam odan ibarətdir ki, dünya çempionatında Böyük Britaniyanı təmsil edən hakim olmayacaq. Sonuncu dəfə belə hal 80 il bundan əvvəl - 1938-ci ildə baş vermişdi.