Boqdanov açıqladı: "Türkiyə, Rusiya və İran..."

30 Mart 2018 00:17 (UTC+04:00)

Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü bu ölkələrin liderlərinin Ankarada keçiriləcək sammiti ərəfəsində baş tutacaq. Axar.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.

“Mən düşünürəm ki, nazirlərin görüşü sammitə 1 gün qalmış keçiriləcək. Onlar zirvə görüşünə hazırlıqları müzakirə edəcəklər”, - nazir müavini bildirib. Qeyd edək ki, sammit aprelin 4-də baş tutacaq.