Göyçaylı seçicilərin seçimi Cənab İlham Əliyevdir!

29 Mart 2018 20:20 (UTC+04:00)

YAP Göyçay rayon təşkilatı prezident seçkiərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qızılağac kəndində seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində xalqın rifahi yüksəlib və ölkəmiz böyük uğurlara imza atıb. Rayon təşkilatının sədri daha uğurlu gələcək naminə seçiciləri fəal olmağa və seçki günü Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Göyçay rayon şöbəsinin üzüvləri Ləman Hacıyeva, Namət Şirinov, Elçin İsmayılov və başqaları ölkəmizdə gedən sürətli inkişaf, həmçinin, Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Göyçay rayon seçicilərini 11 apreldə seçkilərə gəlməyə və inamlı sabahımıza səs verməyə çağırıblar.