Balakən, Ağdaş və Qusar seçiciləri İlhamlı sabaha səs verəcəklər

29 Mart 2018 19:46 (UTC+04:00)

Seçicilərlə görüş qrafikinin I mərhələsini yekunlaşdıran Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsi dünən rayonun Hənifə kənd Folklor Evində seçicilərlə növbəti görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Balakən rayon şöbəsinin sədri Azad Balayev 2003-2018-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərdən danışaraq, 11 aprel prezident seçkiləri günü kənd seçicilərini fəal olmağa və seçki məntəqələrinə gələrək, ölkəmizin inkişafının davamlığı üçün partiyanın namizədi Cənab İlham Əliyevə səs verəməy çağırdı.

Görüşdə kənd ağsaqalları adından çıxış edən Hənifə kənd sakini Aftandil Məmmədov, kənd orta məktəbinin müəlliməsi Aysel Muradova və başqaları ölkədə aparılan abadlıq-quruculuq işlərindən danışaraq, seçiciləri Cənab İlham Əliyevin müdrik siyasəti ətrafında birləşməyə çağırdılar. Qeyd olundu ki, 11 aprel seçkilərində seçicilər fəal iştirak edəcək, Cənab İlham Əliyevə səs verəcəklər.

Ağdaş

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi Aşağı Zeynəddin, Mürsəl və Şıxlı kəndlərinin seçiciləri ilə görüş keçirib.

Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov açaraq, son 15 il ərzində, Azərbaycanın keçdiyi inkişaf yolundan və əldə olunan uğurlardan danışıb. Millət vəkili regionların sosil-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçməsi, ümumdaxili məhsulun və ölkənin valyuta ehtiyatlarının artması, qeyri-neft sektorunun, kənd təsərrüfatının və sənayenin inkişafı barədə öz fikirlərini bölüşərək, bu nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlərinə görə, seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə seçicilər adından çıxış edənlər Həmidə Əliyeva, Mehman Abdullayev, Sevil Nəbiyeva və Elmira Rəhimova bəyan ediblər ki, onların yeganə bir seçimi var, o da Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevdir. Bu seçimi təsdiqləmək üçün 11 apreli səbirsizliklə gözləyirlər.

Görüşlərdə təbliğat qrupunun üzvlərindən Fuad Nəbiyev və Ramin Lətifov çıxış edərək, seçiciləri 11 apreldə seçki məntəqələrinə gələrək Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qusar

YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası uğurla davam etdirilir. Dünən rayonun İmamqulukənd və Gedəzeyxur kəndlərində seçicilərlə növbəti görüşlər keçirilmişdir.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, Prezident İlham Əliyevin son 15 ildə Azərbaycanda bütün sahələrdə sürətli inkişaf tempi yaratmaqla yanaşı, dünya ölkələri içərisində ölkənin beynəlxalq nüfuzunu və qüdrətini artırdığını bildirib. Qeyd olunub ki, bugünkü rifah və xoşbəxt həyata görə hər bir vətəndaş, məhz Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, Möhtərəm İlham Əliyev Cənablarına səs verəcəklər: "Qusarlıların seçimi dəyişilməzdir - İlhamlı sabahlara doğru, "İLHAMLA İRƏLİ!".

Görüşdə çıxış edən Milli Məclisin deputatı Azər Badamov, YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs ediblər. Bildirilib ki, bu illər ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib və bölgələrimizin siması dəyişib. Çıxış edənlər bu uğurların davamlı olması üçün seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından çıxış edən Oruc Orucov, Murtuz Səfərov, Yenilə Aslanxanova, Səbzulla Kəlbəliyev və Abubəkir Qədimov 11 aprel 2018-ci il tarixdə hamının, birmənalı olaraq, partiyanın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.