Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar partiyanın VI qurultayında ölkə prezidentliyinə namizəd irəli sürülmüş cənab Əliyev İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat tədbirlərini davam etdirir.
Belə ki, 29 mart 2018-ci il tarixdə cənab Əliyev İlham Heydər oğlunun təbliğat-təşviqat tədbirləri çərçivəsində rayonun Astanlı və Zopun ərazilərində seçicilərlə görüşlər keçirilmişdir.Astanlı ərazisində keçirilən tədbirdə YAP rayon təşkilatının şura üzvü Ədalət Əsgərov və partiya fəalı Fəxrəddin Abasov, Zopun kənd ərazisində keçirilən tədbirdə isə rayon təşkilatının şura üzvləri Vüqar Cavadov və Ərəstun Kərimov iştirak etmişlər.
Rayonun Astanlı ərazisində seçicilərlə keçirilən görüşü YAP rayon təşkilatının şura üzvü Ədalət Əsgərov açmış, seçki qanunvericiliyinə uyğun olaraq 19 mart 2018-ci il tarixdən namizədlərin təbliğat-təşviqat tədbirlərinin başlanması, bu sahədə rayon təşkilatının gördüyü işlər barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırmışdır.O qeyd etmişdir ki, bugünkü tədbir cənab İlham Əliyevin təbliğat-təşviqatı çərçivəsində keçirilir.Bildiyiniz kimi cənab İlham Əliyev 15 ilə yaxındır ki, ölkəyə rəhbərlik edir, bu müddətdə Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunmuş, ölkə iqtisadiyyatı sürətlə inkişaf etmiş, kənd təsərrüfatı, sənaye, rabitə, nəqliyyat və digər sahələr demək olar ki yenidən qurulmuş, bütün infrastruktur yüksək səviyyədə yenilənmiş, əhalinin təbii qaz, su və elektrik enerjisinə olan tələbatı kökündən yaxşılaşdırılmış, əmək haqları, təqaüdlər və sosial müavinətləri demək olar ki hər il artırılmış, ölkədə siyasi sabitlik və əmin-amanlıq təmin olunmuş, demokratiyanın daha da genişlənməsi sahəsində xeyli işlər görülmüş,ölkənin müdafiə qüdrəti xeyli yüksəlmiş, Dağlıq Qarabağ məsələsinin həllində əsaslı tədbirlər həyata keçirilir, Azərbaycanın beynəlxalq nüfuzu daha da artmış və ölkəmiz dünyada daha çox tanınmışdır.Bütün bunlar və digər məsələlər cənab İlham Əliyevin gərgin əməyi sayəsində mümkün olmuşdur.O, rayon təşkilatı adından əmin olduğunu bildirmişdir ki bugünkü tədbirdə iştirak edən və
ərazinin bütün seçiciləri cənab İlham Əliyevin fəaliyyətini obyektiv dəyərləndirəcək və seçkilər günü məhz ona səs verəcəklər.
Tədbirdə çıxış edən təhsil işçiləri Nazilə Məmmədova, Nicat Qürbətov, Əsməgül Quliyeva, din xadimi Təyyar Əliyev, tibb işçisi Ataxan Mənsimov, ağsaqqal Cəlayir Ağayev və başqaları cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə ərazinin bütün seçicilərinin mütləq əksəriyyətinin məhz cənab İlham Əliyevə səs verəcəklərini bəyan etmişlər.
Zopun ərazisində seçicilərlə keçiriələn görüşü giriş sözü ilə rayon təşkilatının şura üzvü Vüqar Cavadov açmış, tədbirin əsas məqsədini onlara ətraflı izah etmiş, hazırda rayonun bütün ərazilərində təbliğat-təşviqat tədbirləri çərçivəsində seçicilərlə görüşlərin keçirildiyini ətraflı şəkildə diqqətə çatdırmış,qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının 8 fevral 2018-ci il tarixli VI qurultayında cənab Əliyev İlham Heydər oğlunun ölkə prezidentliyinə namizədliyi irəli sürülmüşdür. Hamınıza yaxşı məlumdur ki, cənab İlham Əliyev 2003- cü ildən ölkəmizə rəhbərlik edir.Onun ölkə rəhbəri olduğu müddətdə Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunmuş, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilmiş, ölkənin regionlarının inkişafı sahəsində nəzərdə tutulmuş bütün işlər yerinə yetirilmiş, tikinti, quruculuq, abadlıq, infrastrukturun yenilənməsi istiqamətində xeyli işlər görülmüş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, ölkə üzrə tərəqqiyə nail olunmuş, beynəlxalq miqyaslı çox böyük layihələr həyata keçirilmiş, Azərbaycan dünya miqyasında tanınmış bir dövlətə çevrilmişdir.Bütün bunlar ölkə prezidenti cənab İlham Əliyevin səyləri və gərgin əməyi sayəsində olmuşdur.Odur ki, mən sizləri və ərazinin bütün seçicilərini seçkilər günü daha fəal olmağa və cənab İlham Əliyevin namizədliyini dəsdəkləməyə çağırıram.
Tədbirdə çıxış edən ağsaqqal Fəyazxan Kazımov, təhsil işçiləri Əhmədalı Əhmədov, Umudəli Rəsulov, Qismət Dadaşov, Şabadül Qasımova, torpaq mülkiyyətçisi İqar Fərəcov və başqaları cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdilər və 11 aprel 2018-ci ildə keçirilən seçkilərdə cənab İlham Əliyevin namizədliyini dəsdəkləyəcəklərini bəyan etmişlər.