Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinq-konsert keçirib.
Tədbiri YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf konsepsiyası bütövlükdə son 15 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qürur və iftixar hissi ilə etiraf etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında Ulu Öndər Heydər Əliyev siyasətinin məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır. Rayon təşkilat sədri qeyd edib ki, Azərbaycan tarixinin son 15 ili sözün əsl mənasında, hərtərəfli inkişaf kimi qavranılır. İqtisadi inkişaf, yoxsulluq səviyyəsinin azalması ilə yanaşı, ölkənin simasının dəyişdirilməsi, müasirləşməsi sahəsində möhtəşəm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da inkişaf etdirilmiş, insanların yaşamaq və işləmək şəraiti kökündən yaxşılaşdırılmışdır.
S.Əhmədova qeyd edib ki, məhz sadalanan faktları nəzərə alan ismayıllı seçiciləri növbəti dəfə də Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar.
Görüşdə Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitununun direktoru Misir Mərdanov, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Rəna Əliyeva çıxış edərək qeyd ediblər ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Çıxış edənlər Cənab İlham Əliyevin növbəti illərdə də Azərbaycana rəhbərlik etməsi ilə inkişaf və tərəqqimizin daha da artacağını, ölkəmizin daha yüksək qələbələrə imza atacağını nəzərə çatdırıblar. Bildirilib ki, prezident seçkilərində partiyanın namizədi Cənab İlham Əliyevi dəstəkləməklə, işıqlı sabahımıza, gələcək inkişafımıza səs verəcəklər.
Mitinq konsert proqramı ilə davam etdirilib.