Yeni Azərbaycan Partiyasının xüsusi virtual kampaniyası başa çatıb

29 Mart 2018 11:57 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı məqsədilə xüsusi virtual kampaniya keçirilib. 1150 nəfərin qoşulduğu kampaniya qısa müddətdə tamamlanıb. Cəmiyyətin müxtəlif təbəqələrini, fərqli peşələri və yaş qruplarını təmsil edən insanlar kampaniyaya qoşulub, öz şəkillərini http://aprel2018.biz/ yükləməklə cənab İlham Əliyevə dəstəklərini ifadə ediblər.

Hər bir şəxs həmçinin cənab İlham Əliyevi niyə dəstəkləməsinin səbəbini də saytda qeyd edib və bu məlumatları sosial şəbəkələrdə paylaşıb. Kampaniyaya qoşulan bütün şəxslərin şəkilləri və fikirlərilə http://aprel2018.biz/ saytında tanış olmaq olar. Kampaniya çərçivəsində tədbirlər nəzərdə tutulur.