İnamlı gələcəyə İlhamla irəli

28 Mart 2018 17:43 (UTC+04:00)

Xaçmazda təbliğat-təşviqat kampaniyası davam edir

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı Niyazoba və Qaraçı kənd seçiciləri ilə görüş keçirib. Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizi sabitlik və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrildiyini bildirib. Rayon təşkilatının sədri əlavə edib ki, Azərbaycan vətəndaşları, o cümlədən, xaçmazlılar Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevi alternativsiz Lider kimi qəbul edir, Onun uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər. Rayon təşkilatının sədri Azərbaycanın gələcək inkişafı naminə seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə kənd seçicilərindən Dilda Mövlanova, Elşən Ağayev, Eyyub Haşımov, Əli Mustafayev, Cəmil Ocaqov, Yaşar Rzayev, Mehman İbrahimov, Mətanət Varangi, Alim Şıxbalayev və başqaları çıxış edərək, ölkəmizin dinamik inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran Cənab İlham Əliyevin namizədliyini dəstəkləyərək, Onun ətrafında sıx birləşdiklərini bildiriblər. Qeyd olunub ki, xaçmazlılar seçki günü hamı bir nəfər kimi məntəqələrə gələcək və xalqımızın layiqli oğluna Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI