160 ölkə Londondan sübutlar tələb edir

28 Mart 2018 21:05 (UTC+04:00)

Qərb blokundan başqa, təxminən 160 ölkə Skripalla bağlı Böyük Britaniyadan sübutlar tələb edir. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın İngiltərədəki səfirliyindən məlumat verilib.

"ABŞ və AB-dən olan bir çox ölkə Skripal və qızının zəhərlənməsi ilə bağlı heç bir əsas olmadan Londonu dəstəklədi. Rusiyalı diplomatların deportasiya edilməsinə baxmayaraq, Qərb bloku xaricində çoxlu ölkə bu duruma qarşı çıxdı. Dünyanın yerdə qalan ölkələri İngiltərənin sözlərini sorğu-sualsız qəbul etməyəcəyini qətiyyətlə bildirdi", - səfirlikdən bildirilib.