Ucar
Martın 28-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsi Qaradağlı kəndində rayon seçiciləri ilə mitinq keçirib. Mintinqdə Qaradağlı kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar aktiv iştirak ediblər.

Mintinqi giriş sözü ilə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq bildirib ki, bu gün olkəmizdə vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün lazımı tədbirlər həyata kecirilir. “Prezident İlham Əliyev Azərbaycan onun tərəqqisi, inkişafı uğrunda yorulmadan mübarizə aparır” bildirən natiq aprelin 11-də rayon seçicilərini fəal şəkildə məntəqələrə gələrək, Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvü Rahib Rəsulov və YAP Ucar rayon təşkilatı gənclər birliyinin sədr müavini Nuru Piriyev çıxış edərək bildiriblər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident Cənab İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirib: “Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır. Bu siyasətin davamı üçün bizlər birmənalı olaraq İlham Əliyev cənablarının siyasətini dəstəkləyir və bütün ucarlıları da bu kimi faktorları dəstəkləməyi çağırırıq”.

Seçicilər adından Əlikram İsayev, Səltənət Hümmətova və şəhid atası Aslan Məmmədov çıxış edərək Cənab İlham Əliyevin Azərbaycanı işıqlı gələcəyə apardığını vurğulayıblar və seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.
Şəki
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat – təşviqat kampaniyası çərçivəsində 842 nəfərdən yuxarı seçicisi olan Şəki rayonu Bideyiz kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə seçicilərlə görüş keçirilib. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin xalq və dövlət üçün gördüyü xeyirli işlərdən, Azərbaycanın beynəllxalq aləmdə artan nufuzundan, iqtisadi inkişafdan danışıb. Seçiciləri əldə olunan uğurların davam etdirilməsi üçün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun üzvləri Kamil Məmmədov, Nuralı Çələbiyev, Sərdar Şərifov və Qabil Qədimov çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətlərdən danışıb, bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə səsləyiblər.

Tədbirdə çıxış edən Bideyz kənd sakinləri Xasıyev Əziz, Məhyəddinova Nazənin, Səmədov Aaftıxaliq və Kərimli Sahib kənd sakinlərinin artıq öz seçimlərini etdiklərini, 11 aprel tarixdə xalqımızın layiqli oğlu Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Oğuz
11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsi rayonun Baş Daşağıl, Muxas kəndlərində seçicilərlə görüşlər keçirib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Oğuz rayon şöbəsinin sədri Saleh Məhərrəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə dövlət siyasətinin həyata keçirildiyini bildirərək, dövrün tələblərinə uyğun sistemli islahatların aparıldığını diqqətə çatdırıb: "İctimai-siyasi və sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, təhlükəsizliyinin və sabitliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib. Rayon şöbəsinin sədri çıxışında 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Vətənini və dövlətini sevən hər bir vətəndaşın Cənab İlham Əliyevə səs verəcəyinə əminliyini bildirib.

Görüşdə təbliğat-təşviqat qrupunun üzvlərindən Rəşid Nurməmmədov, Ramiz Mahmudov, Elman Qocayev və başqaları çıxış edərək, səsvermə hüququ olan hər bir rayon sakinin fəallıq nümayiş etdirməsinin vacibliyindən danışıblar. Natiqlər əmin olduqlarını bildiriblər ki, oğuzlu seçicilər bu seçkilərdə də, birmənalı tərzdə partiyanın namizədi Cənab İlham Əliyevi dəstəkləyəcəklər.

Seçicilər adından çıxış edən Emin Cəfərov, Rəhim Abdurəfiyev və başqaları bəyan ediblər ki, onlar hər zaman Yeni Azərbaycan Partiyasının siyasi dəst-xəttini dəstəkləyiblər və bu gün də bu, belədir. Odur ki, aprel ayının 11-də Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.
ZÜMRÜD