Astara, Biləsuvar və Cəbrayıl seçiciləri tərəqqiyə və rifaha səs verəcəklər

28 Mart 2018 16:23 (UTC+04:00)

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş 28 mart 2018-ci il tarixdə rayonun ucqar dağ kəndi olan Pəlikəş kəndində keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verib. O, prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış edib.

Firudin Əhmədov qeyd edib ki, 2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Bütün bu illər ərzində Azərbaycan çox böyük uğurlara imza atmışdır. Ölkənin inkişafı, insanların rifahı naminə həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir.

F.Əhmədov bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, görüşdə iştirak edən seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Rayon Ağsaqqallar şurasının sədri Hamlet Əliyev çıxışında bildirib ki, xalqımız prezident seçkisi üçün artıq özünün qəti seçimini edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir. Beynəlxalq birlik də, Dünya Azərbaycanlıları da ölkə Prezidentliyində İlham Əliyevin namizədliyinə ürəkdən dəstək verirlər. Xalqımız Prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm Azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir. Ona görə də ölkənin və xalqımızın qarşıdakı Prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İlham Əliyev! uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir".

Sonra çıxış edən YAP Astara rayon Gənclər Birliyinin sədri Tural Eyvazov bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin bütün arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir: «Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir Azərbaycan gənci 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir».

Tədbirdə çıxış edən Pəlikəş kənd orta məktəbinin direktoru Nadir Eyvazov, Sım kənd orta məktəbinin direktoru Nəbi Xalıqov kənd ağsaqqalı Xalid Eyvazov Pəıikəş kənd sahə xəstəxanasının baş həkimi Elşad Baxşıyev və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticələrindən bəhs ediblər və hamılıqla 11 apreldə Yeni Azərbacyan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Biləsuvar

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş Biləsuvar rayonu Bəydili kəndinin seçiciləri ilə keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verib. Kamil Mirzəyev Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış edib.

Natiq qeyd edib ki, 2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Belə ki, sürətli və dayanıqlı iqtisadi inkişaf, regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası, qeyri-neft məhsullarının istehsalı və ixracının artması, Azərbaycanın kosmik ölkələr sırasına daxil olması, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması çox yüksək səviyyədə həyata keçirilmişdir. Ölkənin inkişafı, insanların rifahı naminə həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir. Natiq əminliklə bildirib ki, Biləsuvar rayonunun çoxsaylı Bəydili kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimi, Filologiya Elmləri Doktoru, Professor Fikrət Cahangirov çıxış edərək bildirib ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi “ASAN” xidmət mərkəzlərinin yaradılması, Azərbaycanın dünyada multikultural və tolerant mərkəzə çevrilməsi, beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində möhtəşəm rolu barədə seçicilərə ətraflı məlumat verib. Sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.

Natiq bütün Bəydili kənd seçicilərini 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə iştirak edən Bəydili kənd seçiciləri bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə - Cənab İlham Əliyevə səs verəcəklər.

Cəbrayıl

YAP Mərkəzi Seçki Qərargahının Cəbrayıl rayon şöbəsi təbliğat qrafikinə uyğun Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində cəbrayıllı məcburi köçkün ağsaqqallar, müharibə və əmək veteranları ilə görüş keçirib.

Seçicilərlə görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev çıxış edərək, cəbrayıllı seçiciləri aprelin 11-də seçki məntəqələrinə gələrək, partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Təbliğat çərçivəsində seçicilərlə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı platformasını əks etdirən bukletlər paylanılıb və İlham Əliyevin son 15 ildə respublikamızda gördüyü möhtəşəm işlərdən, tarixi naliyyətlərdən, dövlətimizin artan qüdrətindən, ölkəmizin simasının bütünlükdə dəyişməsindən, insanların həyatının yaxşılaşmasından bəhs edilib. Seçicilərlə görüşdə rayon Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov, rayon veteranlar şurasının sədri Hacı Həsən Əhmədov, Qarabağ əlilləri, şəhid ailələri, müharibə veteranları, respublika birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov, Ağsaqqallar şurası idarə heyətinin üzvü Saleh Əhmədov çıxış edərək, seçimlərinin İlham Heydər oğlu Əliyev olduğunu vurğulayıblar və hər kəsi seçki günü həmin seçimi etməyə dəvət ediblər.