Lüksemburq Rusiyadakı səfirini geri çağırıb

28 Mart 2018 16:20 (UTC+04:00)

Lüksemburq Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır. SİA-nın RİA"Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə "Bloomberg" ölkə XİN-nin açıqlamasına istinadla xəbər verir.

Ölkənin xarici işlər naziri Jan Asselborn bildirib ki, Lüksemburq Sergey Skripalın İngiltərədə zəhərlənməsi ilə əlaqədar olaraq rus diplomatlarını geri göndərmək fikrində deyil.