Ağdaş, Laçın və Göyçay seçiciləri uğurlu gələcəyə səs verəcəklər

28 Mart 2018 16:01 (UTC+04:00)

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi Gürcüva, Ərəbocağı, Pirkəkə və Korarx kəndlərindən olan seçicilərlə növbəti görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Ağdaş rayon şöbəsinin sədri, Milli Məclisin üzvü Cavid Osmanov son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətdən, əldə olunan tarixi nailiyyətlərdən danışıb. C.Osmanov bildirib ki, bu gün ölkəmizin dünya ölkələri arasında özünə layiqli yer tutması, çoxsaylı uğurlara imza atması ölkə Prezidentinin məqsədyönlü siyasətinin bariz nümunəsidir. Cənab İlham Əliyevin təbliğata ehtiyacı olmadığını və görülən bütün işlərin xalqımızın Cənab İlham Əliyevi dəstəklənməsi üçün önəmli əsas olduğunu qeyd edib. Ölkəmizdə son 15 il ərizində açılan təhsil, səhiyyə müəssisələrinin aparılan islahatların tərkib hissəsi olduğunu söyləyib.Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasi strategiyanın daha uzun illər davam etməsi ilə Azərbaycanın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Bütün seçiciləri növbəti prezident seçkilərinə gedərək, yekdilliklə Cənab İlham Əliyevə səs verməyə, dəstək olmağa səsləyib.

Çoxsaylı seçicinin iştirak etdiyi görüşdə seçicilər adından çıxış edənlər Hacıyev Mirzə, Sadıqov Tapdıq, Əhmədov Ədaləddin və Abdullayeva Sevda bildiriblər ki, ağdaşlılar Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı Cənab İlham Əliyevin siyasi dəst xəttini ürəkdən bəyənirlər. Ölkədə görülən işlərin şahidi olandə olduğunu qeyd edən ağdaşlılar 11 aprel 2018-ci il tarixdə yenidən öz seçimlərində qalacaqlarını bəyan ediblər.

Keçirilən görüşlərdə təbliğat qrupunun üzvlərindən Ziyafət İsayeva və Rahim Zakirov çıxış edərək, seçiciləri 11 apreldə seçki məntəqələrinə gələrək, ölkəmizin uğurlu gələcəyi naminə Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Laçın

YAP Laçın rayon təşkilatı 11 aprel prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasın davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Sumqayıt şəhərində məskunlaşmış laçınlı seçicilərlə keçirilib. Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov aprelin 11-də keçiriləcək prezident seçkiləri barədə ətraflı məlumat verib.

Rayon təşkilatının sədri inandığını bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə laçınlı seçicilər İlham Əliyev cənablarına səs verəcəklər: “Əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi bu seçkilərdə də qələbə qazanacaq. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti, yaşayış şəraiti gündən-günə daha da yaxşılaşacaq".

Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qüdrətlənir, xalqımız əmin-amanlıq içərisində yaşayır və istəyir ki, ölkədəki mövcud əmin-amanlıq, iqtisadi və sosial inkişaf davamlı və əbədi olsun.

O bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan çox böyük sürətlə inkişaf edib, qısa müddət ərzində inqilabi sıçrayış əldə edilib və prezidentliyə namizəd İlham Əliyevin seçki proqramının əsas məğzi də ölkəmizi iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın maddi rifah halını yüksəltmək, respublikamızı beynəlxalq aləmdə tanıtmaqdan ibarətdir.

Öz növbəsində, görüşdə çıxış edən rayon ağsaqaları və ziyalıları Şikar Qasımov, Səlim Səlimbəyli, Solmaz Məhərrəmova, Tapdıq Abbasov, Murad Eyvazov, Şahin Məmmədov, Mikayıl Zeynalov və başqaları çıxış edərək bildirdilər ki, laçınlılar aprelin 11-də keçiriləcək prezident seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev səs verəcəklər.

Göyçay

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş rayonun Müskürlü kənd sakinləri ilə keçirilmişdir.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verdi. Sahib Şükürov Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi. Natiq qeyd etdi ki, bu gün Azərbaycanin əldə etdiyi bütün ugurlarda , əldə edilən nəaliyyətlərdə cənab İlham Əliyevin imzasi var. Biz bu uğurları davam etməsi ücün İlham Əliyevə səs verəcəyik. Cənab İlham Əliyevin rəhbərlik etdiyi 2003-2018-ci illər ərzində Azərbaycan çox böyük uğurlara imza atmışdır. Ölkənin inkişafı, insanların rifahı naminə həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir. Natiq əminliklə bildirdi ki, Göyçay rayonunun Müskürlü kənd sakinləridə 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə çıxış edən. Yeni Azərbaycan Partiyası seçki qərargahının Göyçay rayon şöbəsinin üzvüləri Ləman Hacıyeva, Namət Şirinov, Rəsulağa, və başqalarıçıxış edərək, ölkəmizdə gedən sürətli inkişaf, həmçinin Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Göyçay rayon seçicilərin 11 apreldə seçkilərə gəlməyə, inamlı sabahımıza səs verməyə çağırıblar.