Mənzildən qadın meyiti tapılıb

28 Mart 2018 15:21 (UTC+04:00)

Suraxanıda mənzildən qadın meyiti tapılıb.

FHN-dən SİA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Batıyeva Aidə Aydın qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.