11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin seçki öncəsi təbliğat-təşviqat kampaniyası ilə əlaqədar Ağstafa rayonunun Poylu qəsəbəsində və Qıraq Kəsəmən kəndində seçicilərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşü YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin üzvü Firdovsi Heydərli giriş sözü ilə açaraq İlham Əliyevin rəhbərlikdə olduğu 15 il ərzində gördüyü işlərdən danışıb və aprelin 11-də seçiciləri fəal şəkildə seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra qərargahın digər üzvü Feruz Həsənov çıxış edərək ölkədə quruculuq-abadlıq işlərindən, enerji layihələrindən, regionların sürətli inkişafından söz açaraq, Azərbaycanın daha işıqlı gələcəyi naminə İlham Əliyev cənablarının dəstəklənməsini ölkənin inkişaf və tərəqqisinə verilən səs olduğunu qeyd edib.

Sakinlərdən Poylu qəsəbə tam orta məktəbin direktoru Sədaqət Rzaquliyeva, YAP Poylu qəsəbə ərazi ilk partiya təşkilatının sədri Tahir İbrahimov ağsaqqal Lətif Nağıyev, Qıraq Kəsəmən kənd tam orta məktəbin direktoru Oruc Hüseynov, Qarabağ müharibəsi veteranı Ələddin Qarayev, kitabxana müdiri Kifayət Allahverdiyeva və başqaları çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə sevə-sevə səs verəcəklərini bildirdilər.
Tərtər
11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunda keçirilən tədbirlər uğurla davam etdirilir.

Növbəti tədbirlərdən biri martın 28-də rayonun Sarıcalı, Zolgörən kəndlərində mitinq-görüş xarakterində keçirilib. Təbliğat-təşviqat kampaniyası çərçivəsində Sarıcalı, Zolgörən kəndlərində keçirilən tədbiri YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, Seydimli kəndində keçirilən tədbiri isə YAP rayon təşkilatının sədri Ramiz Şabanov giriş sözü ilə açıblar.

Görüşlərdə qeyd olunub ki, son illərdə Azərbaycan vətəndaşının sosial qayğıları, sağlamlığı və təhlükəsizliyin təmin olunduğu strateji xətdə uyğun olaraq əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bütün bunlar bilavasitə Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi nəticəsində əldə olunub.

Tədbirlərdə Sarıcalı kənd sakinlərindən Ramiz Şirinov, Kamran Babayev, YAP seçki qərargahı yanında fəaliyyət göstərən təbliğat-təşviqat qrupnun üzvü, Çinmaz Nuriyeva, Zolgörən kənd sakinlərindən, Səttar Muradov, Ədibə Mustafayeva, Seydimli kənd sakinləri, Sayəddin Musayev, Hicran Hüseynova, Mənsumə Musayeva, Sürəyya Hüseynova və təbliğat-təşviqat qrupunun üzvü Rasim Əliyev çıxış edərək, ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətinin xalq tərəfindən bir mənalı şəkildə dəstəklədiyini qeyd ediblər və 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevin xalq tərəfindən yekdilliklə Prezident seçiləcəyinə əmin olduqlarını bildirdilər.